Xaçmazda elektrik cərəyanı bir nəfəri vurdu
05 fevral 2014 00:39 (UTC +04:00)

Xaçmazda elektrik cərəyanı bir nəfəri vurdu

0

Fevralın 4-də axşam saatlarında Xaçmazda elektrik cərəyanının vurması nəticəsində bir nəfər dünyasını dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, dünyasını dəyişən şəxs Xaçmaz şəhəri İsmət Rəsulov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan 49 yaşlı Mabidov Rasim Məmmədxan oğludur.

 

Hadisə mərhumun fəhlə kimi çalışdığı restoranda qeydə alınıb.

 

Meyit Xaçmaz morqunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 715

Oxşar yazılar