Azərbaycanda drezin qadını vurub <span style="color:red;">- vəziyyəti ağırdır
04 mart 2015 18:52 (UTC +04:00)

Azərbaycanda drezin qadını vurub - vəziyyəti ağırdır

0

Bu gün axşam saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə dəmiryol xəttinin rayonun Müşkür kəndi ərazisində qeydə alınıb. Qusarçaydan-Xaçmaz istiqamətində hərəkətdə olan Dəmiryol Kontakt Şəbəkə rayonuna məxsus drezin 1964-cü il təvəllüdlü Xaçmaz rayon sakini Gülnaz Məmmədovanı vurub.

 

Xəsarət alan şəxs  Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar