Xaçmazda "VAZ”la "Volkswagen" toqquşdu - <span style="color:red;">yaralanan var
13 dekabr 2017 20:14 (UTC +04:00)

Xaçmazda "VAZ”la "Volkswagen" toqquşdu - yaralanan var

0

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb.

 

"VAZ 2107" markalı maşınla "Volkswagen" markalı avtomaşın toqquşub. Xəsarət alan "VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar