Velosiped və toyuq oğurlayan şəxs məhkəmə zalında HƏBS EDİLDİ
19 dekabr 2017 11:32 (UTC +04:00)

Velosiped və toyuq oğurlayan şəxs məhkəmə zalında HƏBS EDİLDİ

0

 

 

 

Velosiped və toyuq oğurluğunda ittiham edilən Asəf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın  sədrliyi ilə keçirilən prosesdə A.Nəbiyevə son söz verilib. O, son söz üçün məhkəmədən vaxt istəyib. Lakin hakim bildirib ki, ötən prosesdə ona 10 gündən artıq vaxt verildiyi üçün əlavə vaxt verilə bilməz.

 

Məhkəmə müşavirəyə gedib.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, A.Nəbiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından həbs edilib.

 

Qeyd edək ki, bu il may ayının 12-də Xaçmaz rayonunda silsilə oğurluqlar etməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi digər oğurluq faktlarının da üstü açılıb.

 

Belə ki, Xaçmaz şəhər sakini Zeynalov Zaur Seyfəddinoviç polisə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 33 ədəd toyuğun oğurlandığını bildirib.

 

Həmin gün Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velosipedi oğurlanıb. Hər iki faktla bağlı aparılan araşdırma nəticəsində hadisənin Köhnə Xaçmaz kənd sakini Asəf Bəybala oğlu Nəbiyev tərəfindən törədildiyi müəyyənləşib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb. Daha sonra məhkəmənin qərarı ilə A.Nəbiyevin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, A.Nəbiyev daha əvvəllər də məhkumluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar