Ukraynanın Donetsk vilayətində bu gün həyata keçirilən antiterror əməliyyatlarında 300-dən çox terrorçu məhv edilib. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov açıqlayıb.
O, Slavyansk şəhəri yaxınlığındakı Krasnıy Liman və Semyonovka yaşayış məntəqələrində antiterror əməliyyatının aktiv fazasının keçirildiyini söyləyib: “Silahlıların qüvvələri əriyir. İlkin məlumat var ki, bu gün 300-dən çox silahlı məhv edilib”.
V. Seleznyov hazırda döyüşlərin davam etdiyini bildirib. O, adı çəkilən yaşayış məntəqələrinin, eləcə də Slavyansk və Karamatorsk şəhərlərinin sakinlərinə küçəyə çıxmamağı tövsiyə etdiklərini vurğulayıb.