Ucarda "Mercedes"lə  "VAZ-2107" toqquşdu - 2 yaralı
18 aprel 2018 20:59 (UTC +04:00)

Ucarda "Mercedes"lə "VAZ-2107" toqquşdu - 2 yaralı

0

Ucarda iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında şəhərin Oğuz küçəsində "Mercedes" və  "VAZ-2107" markalı minik maşınlarının toqquşub.

 

Nəticədə Ucar rayonun Yuxarı Şilyan kənd sakini, 1996-cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və şəhərin Vəsilə Zahidov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev müxtəlif xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar