Tut ağacından yıxılıb öldü - GƏNCƏDƏ
15 iyun 2015 19:05 (UTC +04:00)

Tut ağacından yıxılıb öldü - GƏNCƏDƏ

0

Gəncədə bədbəxt hadisə baş verib. 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Eldəniz Quliyev tut yığmaq məqsədi ilə yaşadığı evin yaxınlığındakı ağaca çıxıb. 
 

Ehtiyatsızlıqdan yerə yıxılan 63 yaşlı kişi ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, E. Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar