Tüfənglə mağazaya gəlib öldürəcəyini dedi <span style="color:red;">– BAKIDA
16 may 2016 11:44 (UTC +04:00)

Tüfənglə mağazaya gəlib öldürəcəyini dedi – BAKIDA

0

Bakıda mağazada işləyən şəxsi silahla hədələyən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 13-də Xəzər rayonunun Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci PB-yə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələməsini bildirib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsimxan Əliyev saxlanılıb, hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar