Traktor aşdı: yaralı var
19 may 2019 09:29 (UTC +04:00)

Traktor aşdı: yaralı var

0
 
 
 
Qaxda traktor aşıb, sürücü xəsarət alıb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Xalatala kəndində baş verib.
 
Kənd sakini, 1995-ci il təvəllüdlü Elnur Qürbət oğlu Abdulazadə “Belarus” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən traktor aşıb. Qəzadan sonra bədən xəsarəti alan E. Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Tibb müəssisəsindən ONA-ya bildirlib ki, yaralı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, müayinəsi aparılır.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1450

Oxşar yazılar