Baş Dövlət Yol Polisi İdarəsinin tədqiqatçısı Azər Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə Qazax rayonunun Ağköynək kəndi ərazisində baş verib.
31 yaşlı İbrahim İbrahimzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıdan gələn “Suzuki” markalı avtomobilə çırpıb.
Hadisə nəticəsində “VAZ-2106”-da olan sərnişinlər Mahmud Nəsibov, Qurban Qaragözov, Əfşan Qaragözova və Leyla İbrahimzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İ. İbrahimzadə isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İlkin ehtimala görə, hadisəyə səbəb toydan qayıdan İ. İbrahimzadənin sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2106”nı qarşıdan gələn “Susuzki”nin yoluna çıxarması olub.
Faktla bağlı araşdırma aparılır.