Toydakı cinayətlə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
04 oktyabr 2016 12:54 (UTC +04:00)

Toydakı cinayətlə bağlı RƏSMİ MƏLUMAT

0

Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş bıçaqlanma ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 3-də Şəmkir şəhərindəki şadlıq evlərindən birində keçirilən toy məclisində şəhər sakini Razim Rzayev münaqişə zəminində həmyerliləri Azər Qasımova və Etibar Məmmədhəsənova bıçaqla xəsarət yetirib.

 

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rzayev tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar