Toyda uşağa görə qanlı dava düşdü <span style="color:red;">-TƏFƏRRÜAT  - <span style="color:red;">YENİLƏNİB
13 oktyabr 2015 15:02 (UTC +04:00)

Toyda uşağa görə qanlı dava düşdü -TƏFƏRRÜAT - YENİLƏNİB

0
Kürdəmir rayonunda toyda törədilmiş bıçaqlanmanın təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Beyi kənd sakini, 1964-cüiltəvəllüdlü Qardaşəli Ağasıyev həmkəndlisi, 1961-ci iltəvəllüdlü Qılınc Rüstəmovu mübahisə zəminində bıçaqlayıb.
 
Bildirilir ki, həmkəndlilər kənddə keçirilən toyda yeyib-içiblər. Sonra sərxoş vəziyyətdə olan Q.Ağasıyev dəqiqləşməmiş səbəblərdən Q.Rüstəmovun oğlu ilə mübahisə etməyə başlayıb. Bunu görən Q.Rüstəmov həmkəndlisinə etiraz edib və mübahisə münaqişəyə çevrilib. Dava zamanı sərxoş vəziyyətdə olan Q.Ağasıyev bıçaqla həmkəndlisinə zərbə endirib.
 
Hadisə vaxtı hər ikişəxs sərxoş vəziyyətdə olduğundan onlar olayı xatırlamaqda çətinlik çəkiblər.
 
Araşdırmalar davam etdirilir.
 
 
 
*****
 
15:02
 
Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən axsam saatlarında rayonun Beyi kəndində keçirilən toy məclisində qeydə alınıb.

 

Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağasiyev Qardaşəli Ağagül oğlu aralarında baş vermiş münaqişə zəmində həmkəndlisi Rüstəmov Qılınc Xuduş oğluna bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən A. Qardaşəli polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin baş vermə səbəbi Rayon Polis Şöbəsində araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 509

Oxşar yazılar