Toya gedən ailə ölüm xəbəri alıb qəza törətdi -<span style="color:red;"> 5 nəfər xəsarət aldı
09 sentyabr 2016 17:37 (UTC +04:00)

Toya gedən ailə ölüm xəbəri alıb qəza törətdi - 5 nəfər xəsarət aldı

0

Şəki rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az "Report"a istinadən xəbər verir ki, Vaqif Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil Qax rayonunun Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayonunun Turaclı kənd sakinləri  -  "Mercedes"in  sürücüsü H.Həsənov, 1976-cı il təvəllüdlü Sevgili Köçəri qızı Həsənova, 1971-ci il təvəllüdlü Səbuhi Əsəd oğlu Həsənov, 1964 - cü il təvəllüdlü Diləfruz Əsəd qızı Vəliyeva, 1958 - ci il təvəllüdlü Türkan Məhəmməd qızı Əsədova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Qeyd edək ki, qəzaya düşən şəxslər Mingəçevir şəhərinə toy mərasiminə gediblər. Lakin onlara Qax rayonunun Turaclı kəndində yaşayan qohumlarının - Həsən Həsənov, Diləfruz Həsənova və Səbuhi Həsənovun anasının - ölüm xəbəri verilib. Onlar da Qax rayonuna qayıdarkən yolda qəzaya düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar