Tovuz rayonunda partlayış olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan köməkçi otaqda baş verib.
Partlayış nəticəsində otağın tavanı, pəncərəsi, qapı çərçivəsi dağılıb və 2 nəfər xəsarət alıb.