Tovuzda ağır yol-qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 24-də saat 02 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində kənd sakini Rəşad Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı hasara vurub. R.Məmmədovun sərnişinləri, rayon sakinləri Elsevər Əhmədov və Sevil Sadıqova xəstəxanaya yerləşdirilib. Hər iki şəxs xəstəxanada keçinib.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.