[b]Torpaq davasında qardaşını öldürən <span style="color:red;">HAKİM QARŞISINDA [/b]
27 mart 2018 12:29 (UTC +04:00)

[b]Torpaq davasında qardaşını öldürən HAKİM QARŞISINDA[/b]

0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 
Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Və məlum olub ki, Ş.Məhərrəmovun himayəsində 4 yetkinlik yaşına çatmayan uşaq var. Bundan əlavə qeyd edilib ki, həyat yoldaşı vəfat edib. 
 
 
1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olan Ş.Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib. 
 
O bildirib ki, ittiham aktını hələ də almayıb.
 
Buna görə də hazırlıq iclası aprelin 3-də davam etdiriləcək.
 
Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 30-da Xızı rayonunda baş verib. Rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.
 
İlkin məlumata görə, iki qardaş arasında uzun müddət imiş, torpaq sahəsi üstündə münaqişə varmış. Dünən onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.
 
Hadisəni törədən şəxs tutulub.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar