<b>TIR dairəyə çırpıldı,  yanacağı yola töküldü </b>- <span style="color:red;"><b>Yevlaxda</b>
30 yanvar 2018 00:57 (UTC +04:00)

TIR dairəyə çırpıldı, yanacağı yola töküldü - Yevlaxda

0

Yevlax rayonunda yük avtomobili qəzaya uğrayıb.

 

APA-nın xəbərinə görə, hadisə şəhərin mərkəzində baş verib.

 

“TM AH 20 33 TR” dövlət nömrə nişanlı yanacaq daşıyan TIR yolun ortasındakı dairəyə çırpılıb.  Qəza zamanı yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

 

Yük maşınının sürücüsü, 1979-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Habidqullayev Təkmuhamməd Niyazməhəmməd oğlu xəstəxanaya aparılıb. Onun həyatına təhlükə olmadığı bildirilir. 

 

Hadisənin səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar