<b><span style="color:red;">Tərtərin icra başçısı:  “Heç bir panika yoxdur, heç kim öz yerini tərk etməyib”</b>
02 aprel 2016 15:34 (UTC +04:00)

Tərtərin icra başçısı: “Heç bir panika yoxdur, heç kim öz yerini tərk etməyib”

0

 "Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır". Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

 

Onun sözlərinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin psixologiyasına heç bir mənfi təsir göstərməyib: "Heç bir panika yoxdur. Heç kim öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Biz ordumuza görə hər şeyə hazır olmalıyıq.  Ali Baş Komandanın bütün diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir Azərbaycan vətəndaşı öz dədə-baba torpağına qaytarmaq, oranı qorumaq istəyir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar