Azərbaycanda orta məktəbdə yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 3960 kv.m olan təhsil müəssisəsində - ikimərtəbəli kənd orta məktəbinin 1-ci mərtəbəsində kitabxanada 1 kv.m sahəyə yığılmış köhnə kitablar yanıb. Məktəb binası mühafizə olunub.
Hadisənin səbəbi araşdırılır.