MDB-nin fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının iclası keçirilib
02 oktyabr 2017 17:46 (UTC +04:00)

MDB-nin fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının iclası keçirilib

0

Hyatt Regency otelində Müstəqil Dövlət Birliyi ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilibş

 

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, ilk olaraq konfrans iştirakçıları Fəxri Xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər Xiyabanında uyuyan vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.

 

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan nümayəndə heyətləri iştirak ediblər. İclasda Azərbaycanı fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev və fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə təmsil ediblər.

 

MDB İcraiyyə Komitəsinin Təhlükəsizlik sahəsində əməkdaşlıq, yeni çağırış və təhdidlərə müqavimət departamentinin direktoru Albert Drujinin son illər təbii fəlakətlərin daha da çoxaldığına diqqət çəkərək fövqəladə halların qarşısının alınması sahəsində dövlətlərarası əməkdaşlığın aktuallıq kəsb etdiyini bildirərək bugünkü tədbirin gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu nəzərə çatdırıb.

 

İclasın gündəliyi elan olunandan sonra fövqəladə hallar nazirinin birinci müavini nazir müavini Rəfail Mirzəyev növbəti müddətə Şuranın sədri, Rusiyanın və Belarusun fövqəladə hallar nazirlərinin birinci müavinləri Vladimir Stepanov və Vasili Stepanenko isə həmsədrləri seçiliblər.

 

Tədbirdə fövqəladə halların əvvəlcədən xəbərdar edilməsi, təbii və texnogen xarakterli hadisələrlə mübarizə və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə  dair müxtəlif məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilib.

 

Toplantının sonunda iclasda qəbul olunmuş qərarların və protokolun imzalanma mərasimi olub.

 

Sonra Müstəqil Dövlət Birliyi ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclasının iştirakçıları FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı ilə tanış olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar