Masallının Yeddi Oymaq kəndində ölüm hadisəsi baş verən asfalt zavodu "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur.
Lent.az -ın Report-a istinadən xəbərinə görə, zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstənaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.