Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində dənizdə 1 nəfər vətəndaşın batması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal dalğıc-xilasedicilər hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Axtarışın nəticəsi barədə məlumat veriləcək.