Suraxanıda ağır qəza: <span style="color:red;">ölən var
30 mart 2018 09:23 (UTC +04:00)

Suraxanıda ağır qəza: ölən var

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar