Bu gecə Sumqayıtda baş vermiş yanğında ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lent.az-ın məlumatına görə, ölən şəxsin 30-35 yaşlı kişi olduğu bildirilir.
İlkin araşdırma zamanı məlum olub ki, evsiz olan və tüfeyli həyat tərzi keçirən şəxs soyuqdan donmamaq üçün binanın zirzəmisinə girib və burada ocaq qalayıb. Daha sonra onu yuxu tutub və qaladığı ocaq daha da şiddətlənib. Binanın tüstüləndiyini görən şəxslər dərhal yanğınsöndürənlərə məlumat veriblər və bundan sonra zirzəmidə həmin şəxsin meyiti tapılıb.
Yanğın vaxtı bina sakinləri təxliyyə olunub və yaşayış evlərinə ciddi ziyan dəyməyib.
*****
09:40
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.