Sumqayıtda qəza: yaralılar var
13 aprel 2019 17:44 (UTC +04:00)

Sumqayıtda qəza: yaralılar var

0
Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində, Şəhidlər Xiyabanının qarşısında qeydə alınıb. Belə ki, "Opel" və "BMW"  markalı avtomobillərin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü  İsgəndərov  Firuz Rəhim oğlu və Nəcəfov Ramin Aydın oğlu xəsarət alıblar.
Xəsarət alanların "Opel" markalı avtomobilin sürücüsü və sərnişini olduğu bildirilir. Yaralılar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. 
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1065

Oxşar yazılar