Sumqayıtda yaşayış binasının altında BÖYÜK TƏHLÜKƏ  - YENİLƏNİB
29 oktyabr 2016 11:53 (UTC +04:00)

Sumqayıtda yaşayış binasının altında BÖYÜK TƏHLÜKƏ - YENİLƏNİB

0

 

Daxili İşlər Nazirliyi Sumqayıtda kafelərdə baş verən yanğınla bağlı məlumat yayıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 02 radələrində Sumqayıt şəhərindəki binalardan birinin birinci mərtəbəsində yerləşən, şəhər sakini Tehran Əsgərova məxsus kafedə yanğın baş verib. Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, həmin binanın 2-ci mərtəbəsində yaşayanlar Töhrə  Məmmədova, nəvələri Məryəm və Mədinə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

09:52

***

Sumqayıtda iki kafede yanğın baş verib.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

 

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib. Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.

 

Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar