Sübh çağı xalça cinayəti <span style="color:red;">- Bakıda
26 avqust 2015 10:27 (UTC +04:00)

Sübh çağı xalça cinayəti - Bakıda

0

Bakıda oğurluq edən şəxs yaxalanıb. Lent.az Baş Mühafizə İdarəsinə istinadən xəbər verir ki, avqustun 26-da saat 06:00 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun B.Nuriyev küçəsində yerləşən 29 nömrəli binanın qarşısından vətəndaş Rəşad Qasımova məxsus 2 ədəd 250 manat dəyərində olan xalçaları oğurlayan Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Umudov Famil Muxtar oğlunu saxlayıb. O, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə F.Umudovun üzərinə baxış zamanı 5.36 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar