Siyəzəndə yük maşını aşdı: xəsarət alan var
18 iyun 2014 10:13 (UTC +04:00)

Siyəzəndə yük maşını aşdı: xəsarət alan var

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Qalaşıxı kəndində (rayon mərkəzindən 15 km aralı) "UAZ" markalı yük avtomobili yolun kənarına aşıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə,  dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil deformasiyaya uğrayıb, sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar