Bu gün saat 15:00 radələrində Siyəzən rayonunda yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlmata görə, əsən külək yanğının geniş ərazilərə keçməsinə səbəb olub.
Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondunu da əhatə edib. Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri və yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin yerli qurumlarının və FHN-nin əməkdaşları, həmçinin rayonun yerli qurumlarının nümayəndələri cəlb olunublar.
İlkin məlumata görə, yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzən rayonunda baş vermiş yanğın barədə ilkin məlumat açıqlayıb.
Nzirlikdən APA-ya verilən məlumata görə, rayonun Kiçik Həmyə kəndinə yaxın boş ərazilərdə otluq sahədə yanğın baş verib. İsti külək nəticəsində yanğının sürətlənib və geniş ərazini əhatə edib. Yanğının meşə zolağina və kənddəki evlərə keçmə təhlükəsi yaranıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvələri və texnikaları, o cümlədən bir yanğınsöndürmə helikopteri cəlb edilib.
Hazirda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
***
20:40
Siyəzən rayonunda güclü yanğın baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, dənizkarı ümumi sahəsi 300 hektardan çox ərazinin 100 hektarı yanıb. Yanğın hazırda da davam edir. Alovun söndürülməsinə Siyəzənlə yanaşı, Şabran, Xaçmaz, Quba və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bütün şəxsi heyəti,
Sumqayıt şəhərindən 2 yanğınsöndürən maşın, paytaxdan isə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürən helikopteri və 50 nəfər canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.