Şirvanda gəmiricilər yaşlı kişinin cəsədini yedi - <span style="color:red;">TÜKÜRPƏDİCİ OLAY
03 mart 2016 11:15 (UTC +04:00)

Şirvanda gəmiricilər yaşlı kişinin cəsədini yedi - TÜKÜRPƏDİCİ OLAY

0

 

Şirvanda 75 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri, M.Əsədov küçəsindəki fərdi yaşayış evində meyiti tapılan 1941-ci il təvəllüdlü Quliyev Şirzad Möhsüm oğlunun bir müddət əvvəl öldüyü müəyyənləşib. Onun meyiti qonşular tərəfindən aşkarlanıb və bu barədə polisə məlumat verilib. Meyit uzun müddət qaldığından sifət nahiyəsi, qulaq və burun hissələri gəmiricilər tərəfindən didilib.

 

Bildirilir ki, ölən şəxs oğlu ilə birgə yaşayıb. Onlar hər ikisi ruhi xəstə olub. Mərhum yerli qurumlar tərəfindən dəfn ediləcək. 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar