Şirkət rəhbərinin otağına qumbara atana hökm oxundu
0
0
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin otağına qumbara ataraq qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ş.Aslanov 14 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Ş.Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib. Daha sonra Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib. Hadisə yerinə gələn polislər Ş.Astanovu tutub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
0
0