Futbol oynayan 43 yaşlı kişi öldü
26 sentyabr 2019 11:09 (UTC +04:00)

Futbol oynayan 43 yaşlı kişi öldü

0
Bakıda ölüm hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, Binəqədi rayon ərazisində stadionların birində fotbol oynayarkən 43 yaşlı Nağıyev Emin Gülbala oğlunun anidən ürəyi tutub.
 
E.Nağıyev Klinikli Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Binəqədi şöbəsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1634

Oxşar yazılar