Sərxoş qadın 200 minlik avtomobillə qəza törətdi <span style="color:red;">– BAKININ MƏRKƏZİNDƏ
14 avqust 2014 11:10 (UTC +04:00)

Sərxoş qadın 200 minlik avtomobillə qəza törətdi – BAKININ MƏRKƏZİNDƏ

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda qadın sürücü qəza törədib. APA TV-nin məlumatına görə, qəza nəticəsində bir nəfər yaralanıb, qəzanı törədən qadın sürücü isə hadisə yerindən qaçıb.

 

Qəza Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Taksi fəaliyyəti göstərən 42 yaşlı Rahim Mustafayev idarə etdiyi “Fiat” markalı avtomobillə Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən Təbriz küçəsi ilə yüksək sürətlə hərəkət edən sürücüsü məlum olmayan “90-VT-830” dövlət nömrə nişanlı “Porsche Panameira” onu vurub. Zərbə güclü olduğundan idarə etməni itirən “Fiat”ın sürücüsü avtomobili işıq dirəyinə çırpıb. Baş verən qəzada Rahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə qəzanı törədən “Porsche”nin sürücüsü və sərnişini içkili vəziyyətdə olduğu üçün hadisə yerini tərk ediblər.

 

Qeyd edək ki, "Porsche Panameira"nın qiyməti 150 min manatdan başlayır. Avtomobilin tuninq edilmiş modelllərinin qiyməti 200-250 min manatadək yüksəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4102
avatar

Oxşar yazılar