Sərnişin avtobusu qəzaya uğradı: <span style="color:red;">7 yaralı   - <span style="color:red;">YENİLƏNİB
08 fevral 2014 13:11 (UTC +04:00)

Sərnişin avtobusu qəzaya uğradı: 7 yaralı - YENİLƏNİB

0

Bu gün səhər saatlarında Gəndob – Yalama yolunun 25-ci km-də yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, hadisə yolun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən 90 NC 385 dövlət nömrə nişanlı “Hundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1792

Oxşar yazılar