Fevralda dövlət sərhədini pozduqları üçün 25 halda 30 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, onların 15 nəfəri Azərbaycan, 5 nəfəri Gürcüstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Rusiya Federasiyası, Qırğızıstan və Moldova vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7 halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 218 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 12 kiloqram 648,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.