Şəmkirdə qəza:<span style="color:red;"> 2 yaralı
23 sentyabr 2016 21:34 (UTC +04:00)

Şəmkirdə qəza: 2 yaralı

0

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

“Opel” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, Şəmkir rayon Sarıtəpə kənd sakinləri, 1966-cı il təvəllüdlü Qalib Quliyev və 1972-ci il təvəllüdlü Nurəddin Rzaquliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar