Şəkidə iki maşın toqquşdu: yaralı var
12 aprel 2015 19:44 (UTC +04:00)

Şəkidə iki maşın toqquşdu: yaralı var

0

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil verib,  ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 15:45-də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar