<b>Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni </b><span style="color:red;">TƏYİNAT
18 may 2018 17:18 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni TƏYİNAT

0

İndiyədək CBC telekanalında Xəbərlər Departamentinin prodüseri vəzifəsində işləyən Yaqut Məmmədova (Tapdıqqızı) Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb. Onun mətbuat xidmətinə məsləhətçi təyin olunduğu bildirilir. 

 

Lent.az bildirir ki, bu barədə məlumatı nazirlikdən modern.az-a təsdiqləyiblər. 

 

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.

  
Qeyd edək ki, Yaqut Məmmədova əvvəllər "Lider" TV-də, "New Bakupost" qəzetində çalışıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar