Son iki həftə ərzində dəm qazı zəhərlənməsi ilə bağlı 21 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. O qeyd edib ki, həmin şəxslərdən 7 nəfər Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə qəbul olunub. “Qalanları isə müayinə edilərək, evə buraxılıb”-deyə, şöbə müdiri əlavə edib.
A. Maqsudov vurğulayıb ki, ötən illə müqayisədə dəm qazı ilə bağlı müraciət edənlərin sayında artım olmayıb. “Dəm qazından zəhərlənənlər arasında ölüm faktı qeydə alınmayıb”.