Səhiyyə Nazirliyi: “Əlilin vəziyyəti orta ağırdır, Bakıya gətirilə bilər” - AÇIQLAMA
27 yanvar 2014 13:31 (UTC +04:00)

Səhiyyə Nazirliyi: “Əlilin vəziyyəti orta ağırdır, Bakıya gətirilə bilər” - AÇIQLAMA

0

“Bir müddət öncə Yevlax Rayon Xəstəxanasının baş həkiminin müavinindən özünü yandırmış əlilin səhhəti ilə maraqlandım. Onun vəziyyət orta ağırdır”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, hazırda xəstə reanimasiyadadır.

 

Nazirlik sözçüsü onu da bildirib ki, xəstənin Bakıya gətirilməsi istisna edilmir: “Ola bilsin ki, həmin xəstə Bakıdakı ixtisaslaşmış xəstəxanaların birinə yerləşdirilsin”  

 

Qeyd edək ki, Yevlax rayon sakini Nizami Kərimov Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzində özünü yandırıb. Sosial yardım almaq üçün Mərkəzə müraciət edən 3 uşaq atası Nizami Kərimova “6 ayın pulunu bizə ver deyiblər” və sosial yardım almasına əngəllər yaradıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1645

Oxşar yazılar