Şamaxıya qar yağıb. Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan şəkillərdən görünür ki, ötən gecə rayona şiddətli qar yağıb. Qarla bərabər başlayan külək rayonda havanın vəziyyətini daha da pisləşdirib, bəzi yolları bağlayıb.
Şamaxıya yağan qarın fotolarını təqdim edirik. Qeyd edək ki, şəkilləri tanınmış jurnalist Ələsgər Süleymanov çəkib.