Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu ərazisində “SHACMAN” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobilin toqquşması barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.