Şagirdini xilas edərkən ölən müəllimin maşını tapıldı
10 dekabr 2014 15:49 (UTC +04:00)

Şagirdini xilas edərkən ölən müəllimin maşını tapıldı

0

Bir neçə gün əvvəl Sabirabad rayonunun Cavad kəndində yeni istifadəyə verilmiş körpüdən Kür çayına düşən avtomobil tapılıb. Lent.az-ın məlumatına görə, Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Əhliman Hüseynova məxsus "VAZ 2107" markalı avtomobil bu gün tapılıb və kənd camaatının köməkliyi ilə sudan çıxarılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Ə.Hüseynovun axtarışını davam etdirirlər.

 

Qeyd edək ki, yol qəzası dekabrın 6-da baş verib. Həmin vaxt Ə. Hüseynovun idarə etdiyi maşında qohumunun qızı, 9 yaşlı Hüseynova Güldəstə də olub. Mərhum məktəbli qızın həyatını xilas etsə də, özü sudan çıxa bilməyib.

 

Ə.Hüseynov Sabirabadda 5 saylı orta məktəbin müəllimi imiş. O, dərs günləri G.Hüseynova, eləcə də digər şagirdləri rayon mərkəzinə gətirib-aparırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 487

Oxşar yazılar