Şabranda kustar üsulla düzəldilmiş soyuq silahlar aşkarlanıb
30 aprel 2016 13:45 (UTC +04:00)

Şabranda kustar üsulla düzəldilmiş soyuq silahlar aşkarlanıb

0

Şabran rayon sakinindən kustar üsulla düzəldilmiş xəncər, arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkarlanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Namiq Balakişiyevdən 1 ədəd kustar üsulla düzəldilmiş xəncər götürülüb. Evinə baxış zamanı isə eyni üsulla hazırlanmış arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar