Şabranda qətl törədən şəxslərə <span style="color:red;">AĞIR CƏZA
09 mart 2016 14:37 (UTC +04:00)

Şabranda qətl törədən şəxslərə AĞIR CƏZA

0

.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elgiz Cəfərli, xuliqanlıqda təqsirləndirilən İsmayıl İmamverdiyev və və Rafiq Namazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, E.Cəfərli 18 il 6 ay, İ.İmamverdiyev 3 il 6 ay, R.Namazov isə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, keçən il iyulun 15-də Şabran rayon sakini Rövşən Əyyubov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb və ertəsi gün orada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən E.Cəfərli və xuliqanlıqda təqsirləndirilən digər şəxslər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar