Sabirabadda maşın dayanacağa çırpıldı: 2 ölü - YENİLƏNİB
18 mart 2014 09:49 (UTC +04:00)

Sabirabadda maşın dayanacağa çırpıldı: 2 ölü - YENİLƏNİB

0

Hacıqabul-Bəhrəmtəpə yolunun 42-ci kilometrliyində ölümlə nəticələnən avtomobil qəzası baş verib.


 

Baş Dövlət Yol Polisindən (BDYP) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 18.00 radələrində Sabirabad rayonunun Nizami kənd sakini, 1980-ci il təvəllüdlü Quliyev Seymur Vaqif oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 20 DB 275 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yolun kənarındakı avtodayanacağa çırpılıb.

 

Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü həmkəndlisi Quliyev Abdulla Məmmədqulu oğlu hadisə yerində ölüb.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1636

Oxşar yazılar