Sabirabad rayonunun Nizamikənd kəndində bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 29-da Sabirabad rayonunun Nizamikənd kənd sakini, 1-ci qrup əlil, 11 yaşlı Rəhman Sadıqov evinin yaxınlığından keçən su kanalına yıxılaraq boğulub.
Meyit sudan çıxarılıb.