Sabirabadda ağır yol qəzası baş verib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Sabirabad şəhərinin ərazisində şəhər sakinləri Məhərrəm Abbasovun və Vüsal İsmayılovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Xəsarət almış M. Abbasov və sərnişini, şəhər sakini Gülər Teyfi-İbadova, habelə V. İsmayılov və sərnişini Adil Cəfərov xəstəxanaya yerləşdirilib. G.Teyfi-İbadova orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.