Sabirabadda “VAZ”lar toqquşdu: yaralı var
26 aprel 2015 09:03 (UTC +04:00)

Sabirabadda “VAZ”lar toqquşdu: yaralı var

0

 

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabirabad şəhərində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

 

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.  Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar