Sabiq prorektorun biznesmen oğlu barəsində cinayət işi başlanıb
“Mars-M” firmasının rəhbəri Bəşirov Mərhəmət Bəşir oğlu barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, o, Cinayət Məcəlləsinin 195.1-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) maddəsi üzrə ittiham edilir.
İş üzrə 22 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 2-ə təyin edilib.
Qeyd edək ki, Mərhəmət Bəşirovun rəhbəri olduğu firma Bakıda hündür mərtəbəli binaların tikintisi ilə məşğul olub. Atası Bəşir Bəşirov Texniki Universitetinin prorektoru vəzifəsində işləyib.
Xatırladaq ki, 2016-cı ildə Mərhəmət Bəşirovun ölkədən çıxışına müvəqqəti məhdudlaşdırılıb. Buna “Asnaf Sənaye Şirkəti” MMC tərəfindən borclu qismində ona qarşı iddia qaldırılması səbəb olub. Nərimanov rayon Məhkəməsi “Asnaf Sənaye Şirkəti” MMC-in iddiasını təmin edib. Qərarla razılaşmayan M.Bəşirov apellyasiya şikayəti versə də, şikayəti təmin edilməyib.
624